Topaz Premyer Liqasının III turunun AZAL – “Qarabağ” oyununun keçirilmə tarixi dəyişdirildi. Oyun 22 avqust 2015-ci il tarixindən 23 avqust 2015-ci il tarixinə keçirildi. Buna səbəb “Qarabağ” klubunun 20 avqust 2015-ci il tarixində Avropa Liqasının play-of mərhələsi çərçivəsində səfər oyununda çıxış etməsidir.
Canlı yayımla əlaqədar olaraq, “Zirə” –“İnter” matçı isə 22 avqust 2015-ci il tarixindən 24 avqust 2015-ci il tarixinə keçirildi.
|