Topaz Premyer Liqasının II turuna yekun vuruldu. Son qarşılaşmada “İnter” “Neftçi” üzərində 1-0 hesablı qələbə qazandı.
Zaur Svanadze (“İnter”in baş məşqçisi): “Mən nəticədən razıyam. Biz görüşün gedişatına nəzarət etməyi bacardıq. Yaxşı imkanlar əldə etdik. Biz problemlərin fonunda qalib gəldik. Yaxşı təlim-məşq toplanışı keçməmişik, bu da öz təsirini göstərir. 4 oyunçumuz zədədən əziyyət çəkir. Sevinirəm ki, bu gün heç bir oyunçumuz zədə almadı”. Samir Əliyev (“Neftçi”nin baş məşqçisi): “Qələbə qazanmaq istəyirdik. Futbolçular bunun üçün çalışdılar. Amma qırmızı vərəqə bizim planlarımızı alt-üst elədi. Bəzi futbolçular bu qırmızı vərəqədən sonra psixoloji cəhətdən sındılar. Məqsədimiz 2-ci hissədə qol buraxmayıb, bərabərlik qolunu vurmaq idi. Rəqib də 10 nəfər qaldıqdan sonra imkanlarımız çoxaldı. Amma qol vura bilmədik”.
|