Topaz Premyer Liqasının 2015/16 mövsümündə ilk avtoqol qeydə alınıb. Bu, II turun “Rəvan” – “Qarabağ” qarşılaşmasında (1:2) gerçəkləşib. Mövsümün ilk uğursuzu paytaxt təmsilçisinin futbolçusu Yamin Ağakərimzadə olub. Ümumiyyətlə, 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında 149-cu avtoqol qeydə alınıb.
mövsüm
|
avtoqol
|
1992
|
8
|
1993
|
2
|
1993/94
|
0
|
1994/95
|
2
|
1995/96
|
4
|
1996/97
|
1
|
1997/98
|
5
|
1998/99
|
5
|
1999/2000
|
4
|
2000/01
|
7
|
2001/02
|
2
|
2003/04
|
8
|
2004/05
|
7
|
2005/06
|
9
|
2006/07
|
6
|
2007/08
|
5
|
2008/09
|
3
|
2009/10
|
9
|
2010/11
|
7
|
2011/12
|
15
|
2012/13
|
9
|
2013/14
|
13
|
2014/15
|
17
|
2015/16
|
1
|
cəmi
|
149
|
Ağakərimzadə “Rəvan”ın tarixində Premyer Liqada öz qapısına qol vuran ilk oyunçu kimi düşüb. Paytaxt təmsilçisi futbolçusu avtoqol müəllifi olan 38-ci komandadır. AZAL (17), “Qarabağ” (14), “Neftçi” (12) və “Bakı” (11) daha çox avtoqola imza atıb.
Rəqibi avtoqol edən komandaların sayı 34-dür. “Qarabağ” 16-cı dəfə rəqib qolu sayəsində fərqlənməklə, “Neftçi”yə çatıb. “Bakı” 15, “İnter” 14 belə halla üzləşib.
Qeyd edək ki, Premyer Liqada oynamış 58 klubdan 44-nün oyununda avtoqol qeydə alınıb.
|