İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının I turunun “Neftçi” – “Kəpəz” matçının 70-ci dəqiqəsində “Kəpəz” klubunun 25 №-li futbolçusu Şəhriyar Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 57-ci dəqiqəsində “Neftçi” , 71-ci dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə hər iki klub 1000 manat cərimə olunur (maddə 52.2).
Topaz Premyer Liqasının I turunun “Rəvan” – “Sumqayıt” matçının 40-cı dəqiqəsində “Sumqayıt” klubunun 55 №-li futbolçusu Ağabala Ramazanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).
Topaz Premyer Liqasının I turunun “Qəbələ” – “Qarabağ” matçının 73-cü dəqiqəsində “Qəbələ” klubunun 6 №-li futbolçusu Rəşad Sadiqov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).
Oyunun 85-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52.2).
Əvəzedici heyətlərin I turunun “Zirə” – AZAL matçının 88-ci dəqiqəsində “Zirə” klubunun 30 №-li futbolçusu Elnur İsmayılov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
|