Topaz Premyer Liqasının 2015/2016-cı illər mövsümünün ilk turunda keçirilən “Rəvan” – “Sumqayıt” görüşündə hesab açılmadı. Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Cari çempionatın ilk oyununa çıxdıq. İstənilən komanda üçün ağırdır. Biz 10 nəfər qaldıqdan sonra vəziyyətə nəzarət “Rəvan”ın əlinə keçdi. Buna baxmayaraq, futbolçular mübarizə apardılar. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”.
Emin Quliyev (“Rəvan”ın baş məşqçisi): “Komandanı yeni formalaşdırmışıq. Çatışmazlıqlar vardı. Ümumi götürsək, yaxşı oynadıq. Futbolçulara təşəkkür edirəm. Əvəzlənən zaman etiraz edən Fərid Quliyevi cəza gözləyir”.
|