Topaz Premyer Liqasının 2015/2016-cı illər mövsümünün ilk turu “Xəzər Lənkəran” üçün uğurlu alındı. Cənub təmsilçisi ilk oyunda “İnter”i 2-0 hesabı ilə üstələdi.
Zaur Svanadze (“İnter”in baş məşqçisi): “Futbolçularım yorğun idilər. Çox pis oynadıq. İndi bir qədər dincəlmək, daha sonra isə vəziyyəti yaxşıya doğru dəyişmək lazımdır”. Yunis Hüseynov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “İlk növbədə futbol ictimaiyyətini yeni mövsüm münasibəti ilə təbrik edirəm. Bilirsiniz ki, heyətimizdə gənc oyunçuların sayı çoxdur. Problemlər olmasına baxmayaraq, rəqibi yaxşı analiz etmişdik. Gənc oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Qarşıda bizi çətin oyunlar gözləyir. Həmin görüşlərə hazırlaşmalıyıq”.
|