Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirildi. Püşkatma zamanı bu mərhələdəki təmsilçilərimiz olan “Qarabağ”la “Qəbələ”nin də rəqibi müəyyənləşdi. Kiprin “Apollon” komandasını mübarizədən kənarlaşdıran “Qəbələ” play-off mərhələsində Yunanıstanın “Panatinaikos” komandası ilə üz-üzə gələcək. Çempionlar Liqasında “Seltik”ə məğlub olaraq, Avropa Liqasının play-offuna vəsiqə qazanan “Qarabağ” bu mərhələdə İsveçrənin “Yanq Boyz” təmsilçisi ilə münasibətlərini ayırd edəcək.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə 27-də baş tutacaq.
|