Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Monteneqronun “Rudar” klubunu mübarizədən kanarlaşdıran və 3-cü mərhələyə yüksələn “Qarabağ”dan sonra Avropa Liqasındakı təmsilçilərimiz də uğurla çıxış etdilər.
Belə ki, dünən keçirilən oyunlarda “Qəbələ” və “İnter” uğur qazana bildilər. İlk oyunda səfərdə Serbiyanın “Çukariçki” klubuna 0-1 hesabı ilə məğlub olan “Qəbələ” “Bakcell Arena”dakı oyunda rəqibini 2-0 hesabı ilə məğlub etdi və 3-cü təsnifat mərhələsinə adladı. “İnter” isə İslandiyanın “Hafnarfyodur” klubunu iki oyunun nəticəsinə görə üstələdi. Səfər oyununda 2-1 hesablı qələbə qazanan paytaxt təmsilçisi “İnter Arena”dakı oyunda əlavə vaxtda istəyinə çatdı. Oyunun əsas vaxtı İslandiya təmsilçisinin 2-1 hesablı qələbəsi ilə yekunlaşdığına görə əlavə vaxt təyin edildi. Bu zaman səhnəyə çıxan hücumçu Rauf Əliyev “İnter”i 3-cü mərhələyə çıxaran qolun müəllifi oldu. Qeyd edək ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” Şotlandiyanın “Seltik” klubu ilə görüşəcək. Avropa Liqasında mübarizə aparan təmsilçilərimiz – “İnter” və “Qəbələ” isə müvafiq olaraq, “Atletik” (İspaniya) və “Apollon”la (Kipr) qarşılaşacaq.
|