Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkatması keçirilib. Həmin püşkatma zamanı turnirdəki təmsilçilərimiz olan “Qəbələ” və “İnter”in də potensial rəqibləri müəyyənləşib.
“Qəbələ” ilk oyunda 0-1 hesabı ilə məğlub olduğu Serbiyanın “Çukariçki” komandasını mübarizədən kənarlaşdırsa, "Apollon" (Kipr) - "Trakai" (Litva) cütünün qalibi ilə üz üzə gələcək. Məlumat üçün deyək ki, ilk oyunda “Apollon” 4-0 hesabı ilə qalib gəlib. İlk oyunda İslandiyanın “Hafnarfyodur” klubunu 2-1 hesabı ilə məğlub edən “İnter” mərhələni keçəcəyi təqdirdə, “Atletik" (İspaniya) ilə görüşəcək. İspaniya klubu mübarizəyə məhz 3-cü təsnifat mərhələsindən başlayacaq.
Qeyd edək ki, bu mərhələnin oyunları iyulun 30-da və avqustun 6-da reallaşacaq.
|