Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. Bununla da turnirdəki yeganə təmsilçimiz olan “Qarabağ”ın potensial rəqibləri müəyyənləşib. Ağdam klubu “Rudar” səddini keçərsə (Bakıda keçirilən ilk oyunda qapılara qol vurulmayıb), “Seltik” (Şotlandiya) - “Styarnan” (İslandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Potensial rəqiblərimizdən “Seltik”in mərhəıləni keçmək ehtimalı daha çoxdur. Çünki Şotlandiya klubu ilk oyunda rəqibini 2-0 hesabı ilə üstələyib.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları iyulun 28-29-da və avqustun 4-5-də reallaşacaq.
|