Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib. Qitənin ikinci ən nüfuzlu klub turnirində çıxışını davam etdirən təmsilçilərimiz fərqli nəticələrə imza atıblar.
Belə ki, Serbiyada “Çukariçki”nin qonağı olan “Qəbələ” məğlubiyyətlə barışıb. Serbiya təmsilçisi bu görüşdə komandamızı 1-0 hesabı ilə məğlub edib. Avropa Liqasındakı digər təmsilçimiz “İnter” isə İslandiyanın “Hafnarfyodur” klubu ilə səfər oyununda əzmkarlıq nümayiş etdirib. Paytaxt klubu hesabda geri düşməsinə baxmayaraq, sonradan 2 qol vuraraq nəticəni öz xeyrinə dəyişib. Səfərdə 2-1 hesablı qələbə qazanan “İnter” cavab görüşü öncəsi böyük üstünlük qazanıb.
Qeyd edək ki, təmsilçilərimiz cavab görüşünə iyulun 23-də çıxacaqlar.
|