Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubu dünən 2015/2016 mövsümündə ilk oyununa çıxdı. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 2-ci təsnifat mərhələsinin ilk görüşündə Monteneqronun “Rudar” komandasını qəbul etdi. Oyunboyu rəqibindən üstün futbol sərgiləməsinə rəğmən, “Qarabağ” qələbə qazana bilmədi. Ümumiyyətlə, oyunda hesab açılmadı – 0:0.
Komandalar arasında cavab görüşü bir həftə sonra Monteneqroda keçiriləcək.
|