Bu gün Avropa Liqasının l təsnifat mərhələsinin cavab görüşlərinə start verilib. Turnirdəki təmsilçilərimizdən olan "Qəbələ" və "İnter" qarşıya qoyulan ilkin vəzifənin öhdəsindən layiqincə gəliblər.
Belə ki, "Qəbələ" səfərdə 1-2 hesabı ilə uduzduğu Tbilisi "Dinamo"su üzərində 2-0 hesablı qələbə qazanıb. Komanda bununla da tarixində ilk dəfə avrokuboklarda mərhələ adlayıb. "İnter" isə doğma meydançasında "Laçi" ilə qolsuz bərabərə qalıb. Paytaxt təmsilçisi ilk oyunda qollu heç-heçə etdiyi üçün evdəki bərabərlik işinə yarayıb. Qeyd edək ki, "İnter" SJK (Finlandiya) - "Hafnarfyordur" (İslandiya), "Qəbələ" isə "Domjale" (Sloveniya) -"Çukariçki" (Serbiya) çütünün qalibi ilə münasibətləri ayırd edəcək. Avropa Liqadındakı digər təmsilçimiz "Neftçi" isə saat 23.30 da başlayan oyunda Monteneqronun "Mladost" klubu ilə üz-üzə gəlir. Komandalar arasında Bakıda keçirilən ilk oyun 2-2 hesabı ilə yekunlaşıb.
|