Bu gün Peşəkar Futbol Liqasının yaranmasından 7 il ötür. 2008-ci ilin məhz bu günü təsis olunan Peşəkar Futbol Liqası ölkə futbolunun əsas liqalarının keçirilməsinə cavabdehdir. Geridə qalan 7 il ərzində müxtəlif yeniliklərə imza atan PFL bu gün də ölkə futbolunun inkişafı üçün çalışır və gələcəkdə ənənəsinə sadiq qalacaq. Peşəkar Futbol Liqası yarandıqdan sonra klublarımız avrokuboklarda uğurla çıxış ediblər. Bunun nəticəsində Avropa reytinqində xeyli irəliləmişik.
Bu gün həm də Beynəlxalq İdman Jurnalistləri və Polis günüdür. Peşəkar Futbol Liqası olaraq polislərimizi və idman jurnalistlərimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
|