Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkü atılıb. Bildiyiniz kimi, “Qəbələ” Gürcüstanın “Dinamo”, “İnter” Albaniyanın “Laçi”, “Neftçi” isə Monteneqronun “Mladost” klubu ilə qarşılaşacaq. Klublarımızın rəqibləri ilə sizi tanış edirik.
“Dinamo” Tbilisi (Gürcüstan):
Yaranma tarixi: 1925-ci il
Stadion: Boris Payçadze adına “Dinamo Arena”
Tamaşaçı tutumu: 54.549
Nailiyyətlər :
SSRİ çempionu (2): 1964, 1978;
SSRİ Kubokunun sahibi (2): 1976, 1979;
Gürcüstan çempionu (15):
1990/91, 1991/92, 1992/1993, 1993/1994, 1994/1995, 1995/1996, 1996/1997, 1997/1998, 1998/1999, 2002/03,2004/05, 2007/08, 2012/2013, 2013/2014
Gürcüstan Kubokunun sahibi (11):
1991/1992, 1992/1993, 1993/1994, 1994/1995, 1995/1996, 1996/1997, 2002/2003, 2003/2004, 2008/2009,2012/2013, 2013/2014
Gürcüstan Superkubokun sahibi (5):
1996, 1997, 1999, 2005, 2008
UEFA Kuboklar Kubokunun sahibi (1): 1980
Müstəqillik dövründə daimi avrokubokların təsnifat mərhələrində çıxış edən “Dinamo” 2004/2005 mövsümündə UEFA Kubokunun qrup mərhələsinə vəsiqə qazanıb. Əsasən yerli futbolçulardan ibarət olan komandanın heyətində İspaniya, Slovakiya, Serbiya və Braziliyadan olan legionerlər də yer alır.
“Laçi” (Albaniya):
Yaranma tarixi: 1965-ci il
Stadion: “Laçi” Stadionu
Tamaşaçı tutumu: 5.000
Nailiyyətlər:
Albaniya Kubokunun sahibi (2): 2012/13, 2014/15
Albaniyanın Birinci Divizionun çempionu (2): 2003/04, 2008/09
Heyəti əsasən yerli futbolçulardan ibarət olan “Laçi” üç dəfə Avropa Liqasında mübarizə aparıb və cəmi bir dəfə mərhələ adlayıb. Klub 2014/2015 ildə Sloveniyanın “Rudar” komandasını penaltilərlə üstələyib. (1-1; 1-1).
“Mladost” Podgoritsa (Monteneqro):
Yaranma tarixi: 1950-ci il
Stadion: “Svietni Briyeg”
Tamaşaçı tutumu: 2.000
Nailiyyətlər:
Monteneqronun İkinci Divizionun çempionu (1): 2009/10
Avropa Liqasında cəmi bir dəfə çıxış edən “Mladost” iki mərhələni adlaya bilib. (“Videoton” (Macarıstan) 1-0; 1-2; FK “Senitsa” (Slovakiya) 2-2; 0-0). Mladost klubunun heyətində Monteneqro və Serbiyadan olan futbolçular çıxış edir.
|