Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatmasından sonra İsveçrənin Nyon şəhərində Avropa Liqasının 1-ci və 2-ci mərhələsinin püşkü atılıb. Ölkəmizi qitənin ikinci ən nüfuzlu klub turnirində təmsil edəcək gümüş mükafatçı “İnter”, bürünc medalın sahibi “Qəbələ” və çempionatı 4-cü yerdə başa vurmuş “Neftçi”nin rəqibləri məlum olub. Yarışa 1-ci mərhələdən başlayacaq hər 3 təmsilçimiz çətin sınaq qarşısındadır.
“Dinamo” (Tbilisi, Gürcüstan) - “Qəbələ” (Azərbaycan)
“Laçi” (Albaniya) – “İnter” (Azərbaycan)
“Mladost” (Monteneqro) – “Neftçi” (Azərbaycan)
Qeyd edək ki, bu mərhələnin ilk görüşləri 2 iyul, cavab qarşılaşmaları isə 9 iyulda reallaşacaq.
|