Azərbaycan Kubokunu “Qarabağ” qazandı. Qəbələ şəhər stadionunda keçirilən final görüşündə “Neftçi”yə 3-1 hesabı ilə qalib gələn Ağdam klubu kuboku muzeyinə apardı. “Qarabağ”ın qollarına Reynaldo (2) və Muarem Muarem imza atdılar. “Neftçi”nin yeganə qolunu isə meydançaya əvəzetmədən daxil olan Ernest Nfor vurdu. Qeyd edək ki, “Qarabağ” həm Azərbaycan çempionu olmaqla, həm də kuboku qazanmaqla mövsümü qızıl dublla başa vurdu.
|