Hazırda Qəbələ şəhər stadionunda “Qarabağ” və “Neftçi” komandalarının iştirakı ilə Azərbaycan Kubokunun final görüşü keçirilir. Oyundan öncə Peşəkar Futbol Liqası tərəfindən möhtəşəm açılış mərasimi təşkil olundu. Belə ki, Nəsib Nurun aparıcısı olduğu final görüşü Röyanın çıxış etdiyi konsert proqramı ilə davam etdi. Daha sonra Peşəkar Futbol Liqası tərəfindən hazırlanmış xüsusi film təqdim olundu və alqışlarla qarşılandı. Ən həyəcanlı an isə kubokun paraşütlə meydançanın mərkəzinə gətirilməsi oldu. Azərbaycan bayrağına boyadılmış paraşüt meydançanın mərkəzinə endi və paraşütçü kuboku müvafiq şəxslərə təqdim etdi. Azərbaycan Respublikasının dövlət himnini isə stadiona toplaşanlar müğənni Azərinlə birgə səsləndirdilər.
Peşəkar Futbol Liqasının rəsmi saytı açılış mərasimindən fotoları təqdim edir.
|