İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub. Topaz Premyer Liqasının XXXVI turunun “Neftçi” – AZAL matçının 55-ci dəqiqəsində AZAL klubunun 18 №-li futbolçusu Orxan Lalayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Oyunun 75-ci dəqiqəsində “Neftçi” klubunun 16 №-li futbolçusu Əziz Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XXXVI turunun “Sumqayıt” – “İnter” matçında “İnter” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XXXVI turunun “Xəzər Lənkəran” – “Simurq” matçında “Simurq” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 2500 manat cərimə olunur (maddə 56).
I Divizionun XXX turunun “Zirə” – “Mil-Muğan” matçında “Zirə” və “Mil-Muğan” klublarının 4 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 18-ci dəqiqəsində “Zirə” klubunun məşqçisi Ayxan Abbasov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 62).
Oyunun 89-cu dəqiqəsində “Zirə” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 200 manat cərimə olunur (maddə 52.1).
I Divizionun XXX turunun MOİK – “Şəmkir” matçında “Şəmkir” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
I Divizionun XXX turunun “Neftçala” – “Qaradağ Lökbatan” matçının 77-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 25 №-li futbolçusu Ravil Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 90-cı dəqiqəsində “Neftçala” klubunun 5 №-li futbolçusu Musa Rəhimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
|