Topaz Premyer Liqasında 2014/2015 mövsümünə Lənkəranda keçirilən “Xəzər Lənkəran” – “Simurq” oyunu ilə yekun vuruldu. 36-cı turun, eləcə də Premyer Liqada mövsümün son oyunu qolsuz başa çatdı. Rövşən Babayev (“Simurq”un məşqçisi): “Əvəzedici heyətin futbolçuları meydançaya çıxmışdı. Çalışdıq ki, normal futbol sərgiləyək. Ümidvaram ki, Zaqatalada futbol həmişə olacaq”. Elbrus Məmmədov (“Xəzər Lənkəran”ın məşqçisi): “Cari mövsümdə sonuncu oyunumuzu keçirdik. “Xəzər Lənkəran” olaraq gəncləşdirmə siyasətinə əl atanda çoxu bizi qınadı. Amma biz növbəti mövsümləri nəzərə alaraq baza hazırlamağa çalışdıq. Düşünürəm ki, vəzifənin öhdəsindən gəldik. Bundan əlavə Elnur Cəfərovun 18 yaşında milli komandaya dəvət alması bizi sevindirdi. Ümidvaram ki, uğurlarımız daha da çoxalacaq.
|