Futbol üzrə Azərbaycan I Divizionunun qalibi “Neftçala” klubuna çempionluq kuboku və qızıl medallar təqdim olunub. Dünən “Qaradağ Lökbatan”a qarşı Neftçalada keçirilən oyundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib. Eyni zamanda, I Divizionun ən sərrast oyunçusu İlham Allahverdiyevə (“Qaradağ Lökbatan”, 21 qol) də xüsusi kubok verilib.
Peşəkar Futbol Liqasının rəsmi saytı həmin mərasimdən fotoları təqdim edir.
|