Topaz Premyer Liqasının XXXV turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Mövsümdə son oyununu keçirən Ağdam təmsilçisinin çalışdırıcısı məşqçi kimi ölkə çempionatlarında 250-ci matçına çıxıb. Bu oyunadək çempion titulunu qazanan və qarşılaşmadan sonra mükafatlanan “Qarabağ”a qədər “Neftçi”nin də baş məşqçisi olan Qurbanov yubiley görüşündə 1:2 hesablı məğlubiyyətə üzülüb. Baş məşqçi kimi 9 il əvvəl “Neftçi”də debüt edən 43 yaşlı mütəxəssis paytaxt təmsilçisində 28, əyalət klubunda 222 matç keçirib. O, ölkə çempionatlarında baş məşqçi kimi ən çox oyun keçirən 6-cı mütəxəssisdir. Qurbanov Qəhrəman Əliyev (381), Ağasəlim Mircavadov (343), Əsgər Abdullayev (305), Kazbek Tuayev (287) və Mehman Allahverdiyevdən (271) geri qalır.
mövsüm
|
Klub
|
O
|
Q
|
H
|
M
|
T/F
|
X
|
|
|
2006/07
|
Neftçi (Bakı)
|
24
|
17
|
3
|
4
|
47-15
|
54
|
|
|
2007/08
|
Neftçi (Bakı)
|
4
|
2
|
1
|
1
|
9-4
|
7
|
|
|
2008/09
|
Qarabağ (Ağdam)
|
26
|
14
|
7
|
5
|
35-22
|
49
|
|
|
2009/10
|
Qarabağ (Ağdam)
|
32
|
14
|
12
|
6
|
31-26
|
54
|
|
|
2010/11
|
Qarabağ (Ağdam)
|
32
|
17
|
7
|
8
|
41-22
|
58
|
|
|
2011/12
|
Qarabağ (Ağdam)
|
32
|
15
|
8
|
9
|
37-28
|
53
|
|
|
2012/13
|
Qarabağ (Ağdam)
|
32
|
16
|
11
|
5
|
43-26
|
59
|
|
|
2013/14
|
Qarabağ (Ağdam)
|
36
|
21
|
9
|
6
|
66-21
|
72
|
|
|
2014/15
|
Qarabağ (Ağdam)
|
32
|
20
|
8
|
4
|
51-25
|
68
|
|
|
Neftçi (Bakı)
|
28
|
19
|
4
|
5
|
56-19
|
61
|
|
|
Qarabağ (Ağdam)
|
222
|
117
|
62
|
43
|
304-170
|
413
|
|
|
Cəmi
|
250
|
136
|
66
|
48
|
360-189
|
474
|
|
Qeyd: texniki nəticə top fərqində nəzərə alınmayıb.
|