Topaz Premyer Liqasında XXXV tura yekun vurulub. “İnter” – “Qarabağ” (2-1) görüşündən sonra Topaz Premyer Liqasının qalibi “Qarabağ” və 2-ci yerin sahibi “İnter”ə medallar təqdim olunub. Medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim ediblər. Bir neçə gün öncə ölkəmizdə baş vermiş məlum faciəyə görə mükafatlandırma mərasimindən sonra atəşfəşanlıq olmayıb.
|