Topaz Premyer Liqasının 34-cü turu 2014/15 mövsümünün çempionunun adına aydınlıq gətirib. “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edən “Qarabağ” ardıcıl 2-ci dəfə qızıl medalları qazanıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda sona 2 tur qalmış izləyiciləri üçün əlçatmaz olub. Bu çempionluq “Qarabağ”ın 3-cü zəfərdir. İndiyədək 8 komanda Azərbaycan çempionu olub: “Neftçi” – 8, “Kəpəz”, “Qarabağ” – hər ikisi 3, “Şəmkir”, “Bakı”, “İnter” – hamısı 2, “Turan”, “Xəzər Lənkəran” – hər ikisi 1 dəfə.
Qurbanov isə baş məşqçi kimi 2-ci dəfə ölkə çempionu olub. Ümumilikdə 10 baş məşqçi komandası ilə çempion olub: Ağasəlim Mircavadov – 5, Kazbek Tuayev – 4, Mehman Allahverdiyev, Böyükağa Hacıyev – hər ikisi 3, Qurban Qurbanov – 2, Əhməd Ələsgərov, Valentin Xodukin, Qyoko Hacıyevski, Kaxaber Sxadadze, Arif Əsədov – hamısı 1.
mövsüm
|
Çempion
|
Baş məşqçi
|
1992
|
“Neftçi”
|
Əhməd Ələsgərov
|
1993
|
“Qarabağ”
|
Ağasəlim Mircavadov
|
1993/94
|
“Turan”
|
Kazbek Tuayev
|
1994/95
|
“Kəpəz”
|
Mehman Allahverdiyev
|
1995/96
|
“Neftçi”
|
Kazbek Tuayev
|
1996/97
|
“Neftçi”
|
Kazbek Tuayev
|
1997/98
|
“Kəpəz”
|
Mehman Allahverdiyev
|
1998/99
|
“Kəpəz”
|
Mehman Allahverdiyev
|
1999/2000
|
“Şəmkir”
|
Ağasəlim Mircavadov
|
2000/01
|
“Şəmkir”
|
Ağasəlim Mircavadov
|
2001/02
|
yarımçıq qalıb
|
2003/04
|
“Neftçi”
|
Kazbek Tuayev
|
2004/05
|
“Neftçi”
|
Ağasəlim Mircavadov
|
2005/06
|
“Bakı”
|
Böyükağa Hacıyev
|
2006/07
|
“Xəzər Lənkəran”
|
Ağasəlim Mircavadov
|
2007/08
|
“İnter”
|
Valentin Xodukin
|
2008/09
|
“Bakı”
|
Qyoko Hacievski
|
2009/10
|
“İnter”
|
Kaxaber Sxadadze
|
2010/11
|
“Neftçi”
|
Arif Əsədov
|
2011/12
|
“Neftçi”
|
Böyükağa Hacıyev
|
2012/13
|
“Neftçi”
|
Böyükağa Hacıyev
|
2013/14
|
"Qarabağ"
|
Qurban Qurbanov
|
2014/15
|
"Qarabağ"
|
Qurban Qurbanov
|
|