Topaz Premyer Liqasının XXXIV turunda keçirilən “Qəbələ” – “İnter” oyununda qalib müəyyənləşmədi – 1:1. Kaxaber Sxadadze (“İnter”in baş məşqçisi): “İlk növbədə “Qarabağ”ı çempionluq münasibəti təbrik edirəm. Qurban Qurbanov, “Qarabağ” buna layiq idi. “İnter”i ikinci olması münasibəti ilə təbrik edirəm. Futbolçularım mənim gözümdə qəhrəmandırlar. Problemlərin fonunda çempionata maraq qata bildilər. Futbolçularımın qarşısında baş əyirəm. Bu gün rəqibimiz olan “Qəbələ” sırf Avropa futbolu oynadı. Ancaq belə olan halda çempionatın səviyyəsini daha da yüksəldə bilərik. Bütün bunları nəzərə alıb deməliyəm ki, çox gözəl bir oyun alındı”.
Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Biz oyunun çətin olacağını bilirdik. Oyundan razıyam. İki yaxşı komanda mübarizə apardı. Düşünürəm ki, ədalətli nəticə ilə bitən matç gördüyüm ən maraqlı oyunlardan biri idi”.
|