Topaz Premyer Liqasının XXXIV turu əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, hesabat turu Topaz Premyer Liqasının 2014/2015 mövsümünün qalibini bəlli edib. Cari mövsümün çempionu adına Ağdamın “Qarabağ” klubu sahib çıxıb. Ən yaxın izləyicisi “İnter”in Qəbələdə xal itirməsindən maksimum istifadə edən “Qarabağ” “Bakcell Arena”da “Sumqayıt”I 1-0 hesabı ilə üstələyib. Bununla da cari mövsümün sonuna 2 tur qalmış “Qarabağ” ən yaxın izləyicisi “İnter”i 8 xal qabaqlayaraq, çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, Azərbaycan Kubokunun finalında da mübarizə aparacaq “Qarabağ” ötən mövsüm də Topaz Premyer Liqasının qalibi olmuşdu.
|