Topaz Premyer Liqasının XXXIV turuna Zaqatalada start verildi. Açılış oyununda “Simurq” “Bakı”nı 4-0 hesabı ilə məğlub etdi. İbrahim Uzunca (“Bakı”nın baş məşqçisi): “Öz səhvlərimizdən qollar buraxdıq. Çempionatın sonudur. Oyunçularım həvəssiz mübarizə apardılar. Onlara indiki vəziyyətdə narazılıq bildirmək bizə yaraşmaz. Qarşıdakı iki oyunu ən layiqli şəkildə keçirirməyi düşünürük”.
George Çixradze (“Simurq”un baş məşqçisi): “Cari mövsümdə sonuncu ev oyunumuza çıxdıq. Düşünürəm ki, yaxşı futbol sərgilədik. Amma ümumi vəziyyətə baxanda çox təəssüflənirəm. Biz bu qələbə ilə azarkeşlərimizə təşəkkür etdik. Bu oyuna qədər bir neçə oyunçu düşərgəni tərk etmişdi, oyundan sonra da bir çox oyunçular gedəcək. Yaxşı komandamız vardı”.
|