Topaz Premyer Liqasının XXXIII turunda keçirilən “Xəzər Lənkəran” – “Qarabağ” oyunu 1-1 hesabı ilə başa çatdı. Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Qəbələ” ilə matçdan sonra, yəqin ki, fikirlərimi oxumuşdunuz. Bildirmişdim ki, “Xəzər Lənkəran”a qarşı oynamaq bizim üçün çətin olacaq. Rəqibin heyətindəki gənc və istəkli futbolçular, məncə, tam güclərini ortaya qoydular. Onlardan xoşum gəldi. Futbolçularımdan ciddi narazılığım yoxdur. Uzun yoldan sonra futbolçularım yaxşı təsir bağışladılar. Mövsümün sonuna doğru getdikcə yorğunluq meydana gəlir”. Elbrus Məmmədov (“Xəzər Lənkəran”ın məşqçisi): “Maraqlı oyun oldu. Hər iki komanda yaxşı futbol sərgilədi. Rəqibimizə uğurlar arzu edirəm. İnanıram ki, “Qarabağ” bu il də Azərbaycan çempionu olacaq. “Qarabağ” kimi komandaya qol vurmaq özü bir qəhrəmanlıqdır”.
|