İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub. Topaz Premyer Liqasının XXXII turunun “Neftçi” – “Sumqayıt” matçının 45-ci dəqiqəsində “Neftçi” klubunun 11 №-li futbolçusu Nikolas Kanales kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).
Topaz Premyer Liqasının XXXII turunun “Bakı” – “Xəzər Lənkəran” matçının 60-cı dəqiqəsində “Bakı” klubunun 56 №-li futbolçusu Qeyrət Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının XXXII turunun “Qəbələ” – “Qarabağ” matçının 12-cı və 90-cı dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52.2). Oyunun 87-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52.1).
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXII turunun “Simurq” – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXII turunun “Neftçi” – “Sumqayıt” matçının 90+2-ci dəqiqəsində “Neftçi” klubunun 50 №-li futbolçusu Aleksandr Qross sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
I Divizionun XXVI turunun “Şuşa Qarabağ” – “Qaradağ Lökbatan” matçında “Şuşa” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
“Şuşa Qarabağ” klubunun baş məşqçisi Nadir Qasımov hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).
Bu hal yenidən təkrarlandığı halda məşqçi haqqında daha ciddi tədbir görüləcəkdir.
Oyunun Baş hakimi haqqında Hakimlər komitəsi lazımı ölçü götürüb İntizam Komitəsinə məlumat versin.
I Divizionun XXVI turunun “Bakılı” – “Şahdağ” matçının 31-ci dəqiqəsində “Bakılı” klubunun 9 №-li futbolçusu Büşrah Əlili sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XXVI turunun “Zirə” – “Rəvan” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
|