Topaz Premyer Liqasının XXXII turu “Bakı” üçün uğurlu alındı. Paytaxt klubu “Xəzər Lənkəran”ı 2-1 hesabı ilə məğlub etdi. İbrahim Uzunca (“Bakı”nın baş məşqçisi): “Qələbəyə ehtiyacımız vardı. Ardıcıl oyunlarda uğursuzluğa düçar olurduq. Amma biz komandaya, futbolçulara inandıq. Çətin oyunlardan sonra futbolçularımın nə vaxtsa qələbə qazanacağı gözlənilən idi. Xüsusən də, son 3 oyunda sərgilədiyimiz futbolla uğura çatacağımıza inanırdım. Meydançada 10 nəfər qalandan sonra müəyyən mənada çətinliklərimiz oldu. Amma sonda qalib gələ bildik. Qələbəyə görə oyunçularıma təşəkkür edirəm”.
Elbrus Məmmədov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. İlk hissədə çox zəif oynadıq. İkinci hissədə nəsə etməyə çalışdıq. Amma vəziyyəti düzəldə bilmədik. Komandadan tam narazıyam”.
|