İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının XXXI turunun “Xəzər Lənkəran” – “Qəbələ” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 45+1-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 72 №-li futbolçusu Elvin Mirzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Neftçi” matçının 75-ci dəqiqəsində “Neftçi” klubunun 2 №-li futbolçusu Karlos Kardoso idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Adı çəklilən futbolçu İntizam Komitəsinin 7 aprel 2015 – ci il tarixli qərarı ilə iki oyunu şərti cəza olmaqla 3 oyun cəzalandırılmışdır. Futbolçu ona verilən 6 aylıq sınaq müddəti ərzində yenidən cəzalandığı üçün 2 oyunluq şərti cəza avtomatik olaraq qüvvəyə minir.
Əvəzedici heyətlərin XXXI turunun “Sumqayıt” – “Simurq” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XXXI turunun “İnter” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
I Divizionun XXV turunun “Rəvan” – “Neftçala” matçında “Neftçala” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
I Divizionun XXV turunun “Şahdağ” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
I Divizionun XXV turunun “Qaradağ Lökbatan” – “Mil-Muğan” matçında “Qaradağ Lökbatan” klubunun 5 , “Mil-Muğan” klubunun isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 69-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 8 №-li futbolçusu Emin Mustafayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XXV turunun “Kəpəz” – “Ağsu” matçında “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun 18 №-li futbolçusu İsmayıl Aslanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Lakin oyunun videoyazısına yenidən baxıldıqdan sonra futbolçuya verilən ikinci sarı vərəqə ləğv edilir. Hakimlər komitəsi hakim haqqında lazımı ölçü götürüb İntizam Komitəsinə məlumat versin.Oyunun 90+4-cü dəqiqəsində “Kəpəz” klubunun 5 №-li futbolçusu Vasif Mehrəliyev, “Ağsu” klubunun 7 №-li futbolçusu Malik Babayev bir –birilərini təhqir etdiylərinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyun cəzalanır (maddə 42.1).
|