Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib
“Zirə” Avropa Liqası ilə vidalaşdı
II Liqada 14-cü komanda müəyyənləşdi
Misli Premyer Liqası 2024/25: I turun oyun cədvəli
“Şahdağ” – “Zirə” oyunundan öncə xeyriyyə aksiyası keçirildi – Video 2015-04-27
Futbol üzrə Azərbaycan I Divizionunun XXV turunda keçirilən “Şahdağ” – “Zirə” (0-1) görüşündən öncə xeyriyyə aksiyası reallaşıb. “Şahdağ” klubunun təşəbbüsü ilə həyata keçirilən “1 manat” aksiyasının səbəbi Şahbalayev Asim Orxan oğlunun əməliyyatına dəstək olmaqdır. “Şahdağ”ın təşəbbüsü ilə reallaşan xeyriyyə aksiyasında futbol ictimaiyyəti fəal iştirak edib. "Şahdağ" - "Zirə" oyunundan öncə Qusar şəhər stadionun girişində qutu quraşdırılıb. Oyun başa çatandan sonra, bir sıra azarkeşlərin, futbolçuların, jurnalistlərin və Asimin atasının iştirakı ilə qutu açılıb və yığılan vəsait sayılıb, aktlaşdırıb.
Yığılan vəsait 2150.20 manat və 100 rus rublu təşkil edib. Bütün vəsait Asimin atası Orxan bəyə təhvil verilib.
Peşəkar Futbol Liqasının rəsmi saytı xeyriyyə aksiyasından hazırladığı videonu təqdim edir.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.