Topaz Premyer Liqasının XXXI turunun mərkəzi oyunu “Bakcell Arena”da keçirildi. Bu görüşdə “Qarabağ” “Neftçi”ni 3-2 hesabı ilə məğlub etdi. Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “Maraqlı bir oyun izlədik. Oyunda 5 qol vuruldu. Əvvəlcə “Qarabağ” iki qol vursa da, sonradan biz toparlanıb, iki qol vurduq və hesabı bərabərləşdirdik. Daha sonra “Qarabağ” bir qol vurmağı da bacardı. Ardıcıl görüşlərdə fərdi səhvlərdən qollar buraxırıq. Bunu araşdırmaq lazımdı. Amma ümumilikdə götürsək, komandam yaxşı oyun sərgilədi”. Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Düşünürəm ki, hər birimiz üçün maraqlı bir oyun oldu. Stadionda necə əhval-ruhiyyə vardısa, oyun da elə alındı. Ağır bir qrafikdə oynayırıq. Həm “Neftçi” üçün, həm də bizim üçün ağır görüş idi. Düşünürəm ki, bu qrafikdə uğurlu oyunlar sərgilədik. Həm kubokun finalına vəsiqə qazandıq, həm də çempionatda ardıcıl qələbələr qazandıq. Mən “Neftçi”ni təbrik etmək istəyirəm. Rəqib yaxşı oyun sərgilədi. Düşünürəm ki, azarkeşlər bu gün oyuna rəng qatdılar. Stadionda həm həm yaşlı, həm də gənc insanlar vardı. Bu gün keçirilən oyun gələcəkdə azarkeşlərin stadionlara gəlməsi üçün bir vasitə olacaq”.
|