Topaz Premyer Liqasının XXXI turu “Sumqayıt” üçün uğurlu alındı. “Sumqayıt” “Simurq” üzərində 1-0 hesablı qələbə qazandı. George Çixradze (“Simurq”un baş məşqçisi): “Futbolçuları oyuna kökləmək çox çətin idi. Komanda avrokuboklara getmək şansını kubokda məğlub olmaqla itirmişdi. Bu baxımdan bizim üçün çətin idi. Bütün bunlara baxmayaraq, oyuna pis başlamadıq. İkinci hissədə müdafiədə səhv etdik. Bundan sonra şanslarımız olsa da, hesabı bərabərləşdirə bilmədik”. Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Simurq”a qarşı oyunlarımız həmişə ağır keçib. Bu gün keçirilən oyuna yaxşı hazırlaşmışdıq. Bütün kollektiv qələbəyə köklənmişdi. Uzun fasilədən sonra qələbə qazandığımız üçün şadam. Azarkeşləri, oyunçuları təbrik edirəm. Düşünürəm ki, bu qələbə bizə qara zolaqdan çıxmaq üçün əlavə üstünlük verəcək”.
|