İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub. Topaz Premyer Liqasının XXIX turunun “Xəzər Lənkəran” – “Neftçi” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 33-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 63 №-li futbolçusu Alfred Sankoh ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının XXIX turunun “Qəbələ” – “Simurq” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XXIX turunun “Sumqayıt” – “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin yarışında keçirilən XXIX turun “Xəzər Lənkəran” – “Neftçi” matçının 62-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 77 №-li futbolçusu Əli Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin yarışında keçirilən XXIX turun “Qəbələ”–“Simurq” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
I Divizionun XXIII turunun “Şahdağ” – “Şuşa-Qarabağ” matçında “Şuşa Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 79-cu dəqiqəsində “Şuşa Qarabağ” klubunun 19 №-li futbolçusu Khirstopher Nkanşah idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XXIII turunun “Qaradağ Lökbatan” – “Turan Tovuz” matçının 83-cü dəqiqəsində “Turan Tovuz” klubunun 6 №-li futbolçusu Emin Mirzəliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XXIII turunun “Şəmkir” – “Rəvan” matçında “Şəmkir” və “Rəvan” klublarının 5 futbolçularının sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur (maddə 40).Oyunun 76-cı dəqiqəsində “Rəvan” klubunun 15 №-li futbolçusu Aslan Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). Oyunun 81-ci dəqiqəsində “Rəvan” klubunun 1 №-li futbolçusu Aydın Bayramov azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).
I Divizionun XXIII turunun “Bakılı” – “Göyəzən” matçının 78-ci dəqiqəsində “Bakılı” klubunun 17 №-li futbolçusu Rasim Daşdəmirov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
|