![](uploads/25410neftciyeni.jpg) Azərbaycan Kubokunun ½ final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” – “İnter” matçı meydança sahibinin qələbəsi ilə başa çatdı. Gərgin keçən ilk oyunda “Neftçi” 2-0 hesablı qələbə qazandı.
Kaxaber Sxadadze (“İnter”in baş məşqçisi): “Kubok oyunu çempionat oyunlarından fərqlənir. Səfərdə oynayan komanda üçün çox önəmlidir ki, ilk oyunda qol vursun. Bizim bu cür imkanlarımız oldu, amma yararlana bilmədik. “Neftçi” şansından maksimum istifadə etdi, qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Biz indi bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalı və mövsümü ən yaxşı şəkildə başa vurmalıyıq”. Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “Heyətdə problemlər vardı. Son vaxtlar həm də sıx qrafikdə oynayırıq. Bütün bunlara görə yorğunluq vardı. Amma istənilən halda biz oyuna yaxşı köklənmişdik. Matça yaxşı başladıq, qol vurduq və davamını da gətirdik. Cavab qarşılaşması öncəsi yekun qələbə üçün yaxşı zəmin formalaşdırdıq. Oyunçularıma demişəm ki, arxayınlaşmaq olmaz. Qarşıdakı vacib oyunlara hazırlaşmalıyıq”.
|