![](uploads/86626qarabagyeni.jpg) Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyununda “Qarabağ” “Simurq”u 1-0 hesabı ilə məğlub etdi.
Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Düşünürəm ki, əsl kubok oyunu izlədiniz. Hər iki komanda nəticəyə oynayırdı. Qələbə məni və futbolçuları aldatmamalıdır. Qarşıda çətin cavab oyunu var. Bu gün futbolçularımın hər birindən razı qaldım. Oyunçularla yanaşı, azarkeşlərimizə də təşəkkür edirəm. Qrafik sıxdır. Çətin səfər oyunlarımız var. Oyunçularım xarakter nümayiş etdirməlidirlər”.
George Çixradze (“Simurq”un baş məşqçisi): “Səfər oyununda qol vurmalı idik. Qol buraxmamaq bizim üçün lazım idi. Amma ilk hissədə rəqib bizi əks hücumda yaxaladı və qol vurdu. Daha sonra bizim şansımız olsa da, yararlana bilmədik. İkinci oyunu düşünməliyik. Hesab edirəm ki, cavab oyununda rəqibə daha güclü təzyiq etməliyik. Heyətdə müəyyən dəyişikliklər olacaq”.
|