![](uploads/10564tpl1.jpg) Topaz Premyer Liqasının XXVIII turunda keçirilən “Bakı” – “Qarabağ” oyunu 1-1 hesabı ilə başa çatdı.
Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Oyunda qol epizodlarımız oldu. Amma yorğunluq hiss olunurdu. Matça yaxşı hazırlaşa bilməmişdik. “Bakı” bu gün bizdən xal aldı. Futbolçuların üzərinə çox getmək istəmirəm. Matçın gedişində hər şey görünürdü. Futbolçularım düzgün düşünə bilmirdi. İndi əsas məqsəd oyunçuları yaxşı vəziyyətə gətirməliyik. Hücumda müəyyən problemlərimiz var. İstədiyimiz dəyişiklikləri edə bilmirik. Sizinlə danışmalı çox məsələ yoxdur. Futbolçularla isə çox məsələni danışmalıyıq”.
İbrahim Uzunca (“Bakı”nın baş məşqçisi): “Böyük sıxıntılardan sonra “Qarabağ” kimi güclü bir komandaya qarşı mübarizə apardıq. Mən indiyə qədər “oyuna çıxmayacağıq” cümləsi işlətməmişəm. Məşqə çıxmamaq olar, belə problemlər mümkündür. Bu gün futbolçular oyuna çıxdılar və 1 xal qazandıq. Mən bu xalı rəhbərliyə hədiyyə edirəm”.
|