Topaz Premyer Liqasında III dövrəyə yekun vurulub. 2015-ci ildə baş tutan 9 turun nəticələrinə əsasən “Qarabağ” dövrənin qalibi olub. Ağdam təmsilçisi 8 qarşılaşmada 19 xal əldə edib. Hamıdan çox – 6 qələbə qazanan Qurban Qurbanovun yetirmələri ən az – 3 qol buraxmaqla da hamıdan üstün olub. Lider ən yaxın izləyicisi “İnter” kimi hamıdan az – 1 məğlubiyyətə üzülüb və ən yaxşı top fərqinə (+7) nail olub. Paytaxt təmsilçisi isə hamıdan çox – 12 qol vursa da, heç-heçə sayında (3) öndə olması üzündən az xal toplayıb. “İnter” kimi 15 xal toplayan “Qəbələ” isə heç-heçə etməməsi ilə diqqət çəkib. “Xəzər Lənkəran” da dövrəni bərabərliksiz keçib. “Sumqayıt”la “Bakı” qələbə qazana bilməyib.
Qeyd edək ki, I dövrənin təxirə salınan AZAL – “Neftçi” oyunu 2015-ci ildə keçirilsə də, III dövrəyə aid olmadığından cədvəldə nəzərə alınmayıb.
Yer
|
Komanda
|
Q
|
H
|
M
|
T-F
|
Xal
|
1
|
Qarabağ
|
6
|
1
|
1
|
10 - 3
|
19
|
2
|
Qəbələ
|
5
|
0
|
3
|
11 - 8
|
15
|
3
|
İnter
|
4
|
3
|
1
|
12 - 5
|
15
|
4
|
Simurq
|
4
|
2
|
2
|
10 - 4
|
14
|
5
|
AZAL
|
4
|
2
|
2
|
9 - 5
|
14
|
6
|
Neftçi
|
4
|
1
|
3
|
9 - 6
|
13
|
7
|
Xəzər Lənkəran
|
2
|
0
|
6
|
8 - 16
|
6
|
8
|
Sumqayıt
|
0
|
4
|
4
|
4 - 9
|
4
|
9
|
Bakı
|
0
|
1
|
7
|
2 - 19
|
1
|
|