![](uploads/28439qarabagyeni.jpg) Topaz Premyer Liqasının XXVI turunda “Qarabağ” səfərdə “Sumqayıt”ı 2-1 hesabı ilə məğlub etdi.
Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Maraqlı oyun alındı. Düzdür, ilk hissədə qapalı futbol gedirdi, amma ikinci hissədə maraqlı bir oyun alındı. Düşünürəm ki, “Sumqayıt”a qarşı səfərdə oynamaq həmişə ağır olub. Buna baxmayaraq, vacib 3 xalımızı qazandıq”. Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Qarşıdan gələn Novruz Bayramı münasibəti ilə xalqımızı təbrik edirəm. Mən nəticədən danışmayacağam. Sadəcə, deyim ki, bu oyundan sonra gedib bir qədər dincəlmək olar. Çoxdandır ki, biz belə oyun sərgiləmirdik. Hesab edirəm ki, Azərbaycanın ən güclü komandasına qarşı yaxşı oynadıq. İki dəqiqəlik də olsa, “Qarabağ”a həyəcan yaşada bildik”.
|