![](uploads/52099simurqyeniloqo.jpg) Topaz Premyer Liqasıın XXVI turunda “Bakı” doğma meydançasında “Simurq”a 0-3 hesabı ilə məğlub oldu.
İbrahim Uzunca (“Bakı”nın baş məşqçisi): “Bu gün yenə buraxılan erkən qol ucbatından məğlub olduq. İkinci hissədə isə komandam yaxşı futbol sərgiləməyə başlasa da, yetərli olmadı. Hakimlər barədə heç nə danışmaq istəmirəm. Əslində, bundan öncə də hakimlər barədə pis danışmırdım. Sadəcə, dediklərimin xeyri yoxdur. Mən hakimləri öz bildikləri ilə baş başa buraxıram. Sadəcə, istədiyim bir məsələ var ki, düzgün qərar versinlər. Mən isə öz növbəmdə futbolçularıma təşəkkür edirəm. Bu gün 0-3 hesabı ilə məğlub olmaya da bilərdik. Amma gənc futbolçulardır, belə xətalar mümkündür. Bütün bunlara rəğmən, mən gənclərin Azərbaycan futbolunda iz buraxacağına ümid edirəm”.
George Çixradze (“Simurq”un baş məşqçisi): “Erkən qol vurduq. Bunun oyuna təsiri oldu. İlk hissədə 2-ci qolu vurmağı da bacardıq. Matça 2 hücumçu ilə çıxmışdıq. Yəni planımız qol vurmaq idi. Deyərdim ki, çox vacib 3 xal qazandıq. Millinin oyunları ilə əlaqədar olaraq, fasilə yaranacaq. Biz 2,3 gün istirahət etdikdən sonra bir araya gəlib, yoxlama görüşü keçirəcəyik”.
|