![](uploads/57464simurqyeniloqo.jpg) Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Simurq” – “Qəbələ” oyununda qapılara qol vurulmadı. Buna baxmayaraq, “Simurq” iki oyunun nəticəsinə görə növbəti mərhələyə adladı.
Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “İndiki məqamda mən rəqibi təbrik etməliyəm. Biz isə çox çalışmalı və işimizi davam etdirməliyik ki, avrokuboklara vəsiqə qazanaq. Açığı, mən pərt olmuşam. Çünki mərhələni biz yox, rəqib adladı”. George Çixradze (“Simurq”un baş məşqçisi): “Növbəti mərhələyə adlamaq vacib idi. Biz ilk oyunda uğurlu futbol sərgiləmişdik, qələbə qazanmışdıq. Amma buna baxmayaraq, arxayınlaşmamışdıq. Meydançaya çıxıb, öz oyunumuzu sərgilədik. Artıq kuboku unutmalı və çempionatın növbəti görüşünə hazırlaşmalıyıq”.
|