![](uploads/64130divizion1.jpg) “Qəbələ”nin futbolçusu Ruslan Abışov üçün Topaz Premyer Liqasının 23-cü turu iki yubileylə əlamətdar olub. “Xəzər Lənkəran”la qarşılaşmada Azərbaycan çempionatlarında 150-ci matça çıxan müdafiəçi 10-cu qolunu vurub. Bununla da komandasının 3:1 hesablı qələbəsində pay sahibi olan 28 yaşlı futbolçu Premyer Liqada 2006/07 mövsümündə debüt edib. İlk görüşünü “Neftçi”nin heyətində keçirən arxa xətt oyunçusu paytaxt təmsilçisində 115 matçda 7, “Xəzər Lənkəran”da isə 17 qarşılaşmada 1 qol vurub. “Qəbələ”də ilk mövsümünü keçirən Abışov 18 oyunda 2-ci dəfə fərqlənməklə qol sayını 10-a çatdırıb.
mövsüm
|
klub
|
oyun
|
qol
|
2006/07
|
Neftçi (Bakı)
|
7
|
0
|
2007/08
|
Neftçi (Bakı)
|
12
|
0
|
2008/09
|
Neftçi (Bakı)
|
16
|
0
|
2009/10
|
Neftçi (Bakı)
|
25
|
0
|
2010/11
|
Neftçi (Bakı)
|
25
|
2
|
2011/12
|
Neftçi (Bakı)
|
30
|
5
|
2012/13
|
Xəzər Lənkəran
|
17
|
1
|
2014/15
|
Qəbələ
|
18
|
2
|
Cəmi
|
|
150
|
10
|
|