![](uploads/32049qabalayeni.jpg) Topaz Premyer Liqasının XXIII turu “Qəbələ” üçün uğurlu alındı. Şimal təmsilçisi doğma meydançasında “Xəzər Lənkəran”ı 3-1 hesabı ilə məğlub etdi.
Elbrus Məmmədov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Çox maraqlı oyun getdi. Hər iki komanda baxımlı oyun sərgilədi. Bolqollu oyun izlədik. Öz komandamdan razı qalsam da, səhvlərin mövcudluğunu da qeyd etməliyəm. Səhvlər üzərində işləməliyik”.
Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Şərhim qısadır. Biz bu oyuna qələbə üçün çıxmışdıq. Buna da nail olduq. Əsas məsələ 3 xal qazanıb, psixoloji durumu düzəltməli idi. Bu oyun bizim üçün çox vacib əhəmiyyət daşıyırdı”.
|