![](uploads/75631pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının XXI turunun “Simurq” – “Qəbələ” matçında “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 45+2-ci dəqiqəsində “Qəbələ” klubunun 22 №-li futbolçusu Dmitri Bezotosniy sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XXI turunun “Simurq” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XXI turunun “Bakı” – “Sumqayıt” matçının 80-cı dəqiqəsində “Bakı” klubunun 16 №-li futbolçusu Rüstəm Rüstəmli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
|