![](uploads/99693ceran.jpg) Zaqatalanın “Simurq” klubunun futbolçusu Draqan Çeran Topaz Premyer Liqasının XXI turunun “Qəbələ” ilə oyununda rəqib qapısına 2 dəfə yol tapmaqla Azərbaycan çempionatlarındakı qol hesabını 20-yə çatdırıb. Onun penaltidən vurduğu ikinci top yubiley xarakteri daşıyıb. 28 yaşlı serbiyalı hücumçu “Simurq”un tarixində milli çempionatlarda 20 və daha çox qol vuran 2-ci oyunçu olub. Çeran bu göstəricidə yalnız ukraynalı Vladimir Mazyardan geri qalır. Ötəm mövsüm 31 qarşılaşmada 11 dəfə fərqlənən balkanlı cari çempionatın 15 matçında 9 qolun sevincini yaşayıb.
Qeyd edək ki, 2006/07 mövsümündən Premyer Liqada çıxış edən “Simurq”un heyətində 7 futbolçu 10 və daha çox qol vurub.
yer
|
Futbolçu
|
qol
|
oyun
|
1
|
Vladimir Mazyar
|
28
|
51
|
2
|
Draqan Çeran
|
20
|
46
|
3
|
Elşən Məmmədov
|
13
|
51
|
4
|
David Bolkvadze
|
12
|
66
|
5
|
Rəşad Eyyubov
|
12
|
67
|
6
|
Ramin Nəsibov
|
11
|
61
|
7
|
Stepan Polyak
|
11
|
79
|
|