![](uploads/37860neftciyeni.jpg) Topaz Premyer Liqasının XXI turu “Neftçi” üçün uğurlu alındı. Paytaxt komandası “Xəzər Lənkəran”ı 2-0 hesabı ilə məğlub edib, turnir cədvəlində 3-cü pilləyə yüksəldi. Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): "Üçüncü dövrəyə pis başlamışdıq. Bugünkü oyunda bizə mütləq qələbə lazım idi. Birinci hissədə çox qol epizodumuz var idi, istifadə edə bilmədik. İkinci hissədə dəyişikliklər edib, öz istəyimizə çatdıq. İkinci qoldan sonra daha rahat oynadıq. Nəhayət, qələbə qazanıb, qara zolaqdan çıxdıq”.
|