![](uploads/79585qarabagyeni.jpg) Topaz Premyer Liqasının XXI turunda “Qarabağ” səfərdə AZAL üzərində 1-0 hesablı qələbə qazandı. Bu qələbədən sonra “Qarabağ” turnir cədvəlindəki liderliyini daha da möhkəmləndirdi. Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Bu gün canlı şahidi olduq ki, AZAL son iki oyunda təsadüfdən qələbə qazanmayıb. AZAL çox döyüşkən komandadır və bizə çətinlik yaratdı. Deyərdim ki, çox vacib 3 xal qazandıq. Əgər bir xal qazansaydıq belə, bundan razı qalacaqdım. Tərlan yaxşı komanda formalaşdırıb. Çox arzulayıram ki, AZAL ən azından avrokuboklarda iştirak etsin”. Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Həqiqətən də maraqlı oyun alındı. Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Buna baxmayaraq, komandam yaxşı mübarizə apardıq. Qələbə qazanmaq istəyirdik. Lakin bu oyunda1 xal da bizi qane edə bilərdi. Futbolçulara heç bir etirazım yoxdur. Sadəcə, səhvlər üzərində işləməliyik. Növbəti tur bizi çətin Sumqayıt səfəri gözləyir. Həmin oyuna ciddi hazırlaşmalıyıq”.
|