![](uploads/81025tpl1.jpg) Topaz Premyer Liqasının XXI turunda keçirilən “Bakı” – “Sumqayıt” oyununda qapılara qol vurulmadı. Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Oyundan çox narazıyam. Bəzi oyunçulardan ümumiyyətlə narazıyam. Biz uduzmalı idik, sadəcə, bəxtimiz gətirdi. “Bakı”nı isə sərgilədiyi oyuna görə təbrik edirəm. Müdafiəçilər və qapıçıdan başqa bütün oyunçular dəyişilməli idi. Çox sayda oyunçumuz zəif təsir bağışladı. Yeni oyunçuların heyətə cəlb olunmasını mən də istəyərəm. Amma bunun üçün imkanların olması vacibdir. Hazırkı heyət üzvləri ilə ciddi söhbət mütləq olmalıdır”. İbrahim Uzunca (“Bakı”nın baş məşqçisi): “İlk hissə bir qədər baxımsız alındı. İkinci hissədə çox yaxşı mübarizə apardıq. Futbolçularımdan razıyam. Artıq bu oyunu unudub, qarşıdakı matçlara baxmalıyıq. Hər oyun bizim gənc oyunçuların təcrübəsi daha da artır”.
|