27.07.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

Klublarımız Konfrans Liqasında: 2 qələbə, 1 məğlubiyyət

Slide 1

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

Slide 1

Klublarımızın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib

Slide 1

Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib

Slide 1

2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi

Slide 1

“Zirə” Avropa Liqası ilə vidalaşdı

Slide 1

II Liqada 14-cü komanda müəyyənləşdi

   Unibank Premyer Liqası, 30-cu turun maraqlı statistikası      2012-04-30
“Rəvan” üçün ilk

Bakının “Rəvan” klubu Premyer Liqa tarixində ilk dəfə böyük hesablı qələbə qazanıb. “Kəpəz”i 5:1 hesabı ilə məğlub edən Bəhmən Həsənovun yetirmələri yüksək dəstədəki debüt mövsümündə indiyədək 3 və ya daha çox top fərqilə qalib gəlməmişdi. Hesabında bunadək 8 qələbəsi olan komanda 6 dəfə 1, 2 dəfə də 2 top fərqi ilə 3 xal əldə etmişdi. Bu dəfə isə komanda tarixinin rekordunu müəyyənləşdirdi.

Ötən mövsüm “Neftçi”, indi “Rəvan”

Gəncənin “Kəpəz” klubu cari mövsümdə ən ağır məğlubiyyətini alıb. Fuad İsmayılovun yetirmələri “Rəvan”a 1:5 hesabı ilə uduzublar ki, gəncəlilər üçün sonuncu belə uğursuzluq ötən mövsüm qeydə alınmışdı. 2010-cu il dekabrın 18-də “Kəpəz” “Neftçi”yə 0:4 hesabı ilə məğlub olmuşdu. “Kəpəz”in qapısına 5 və ya daha artıq qol vuran son komanda da “Neftçi” olmuşdu. Bakılılar 2010-cu il oktyabrın 23-də 6:2 hesabı ilə qalib gəlmişdi.

Qara zolaqda

Ağdamın “Qarabağ” klubu ardıcıl 3 oyundur ki, məğlub olur. Qurban Qurbanovun yetirmələri XXXVIII turda “Qəbələ”yə səfərdə 0:1, XXIX turda evdə “Bakı”ya 2:4 hesabı ilə uduzduqdan sonra “Neftçi” ilə səfər oyununda da 1:2 hesabı ilə məğlub oldu. Ağdam təmsilçisi çempionatda sonuncu dəfə belə uğursuz seriyanı ötən mövsüm yaşamışdı. Həmin vaxt 2-ci dövrənin əvvəlində - 2010-cu il noyabrın 13-dən 28-dək olan 16 gün ərzində Qurbanovun yetirmələri “Bakı” və AZAL-ın hər ikisinə 0:2, “Neftçi”yə 0:1 hesabı ilə uduzmuşdu.

“Bakı” belə uduzmamışdı

“Bakı” klubu Unibank Premyer Liqasında  indiki adı altında ən ağır məğlubiyyətini alıb. Səfərdə “Qəbələ”yə 0:4 hesabı ilə uduzan bakılılar 2004-cü ilin yayında adını dəyişdikdən sonra ən pis halda 3 top fərqilə məğlub olmuşdu. Klub tarixinin ən azı 4 top fərqli sonuncu məğlubiyyəti isə “Dinamo” adlandığı vaxta təsadüf edib. 2003/04 mövsümündə - 2003-cü ilin mayın 31-də “Şəmkir”in qonağı olan paytaxt təmsilçisi qərblilərə 0:4 hesabı ilə uduzmuşdu.
   Turnir cədvəli
1 Araz-Naxçıvan 0 0
2 Qarabağ 0 0
3 Kəpəz 0 0
4 Neftçi 0 0
5 Sabah 0 0
6 Səbail 0 0
7 Sumqayıt 0 0
8 Şamaxı 0 0
9 Turan Tovuz 0 0
10 Zirə 0 0
Ətraflı
1 Qəbələ 0 0
2 Zaqatala 0 0
3 MOİK 0 0
4 Qaradağ Lökbatan 0 0
5 Mingəçevir 0 0
6 İmişli 0 0
7 Baku Sportinq 0 0
8 Difai Ağsu 0 0
9 Cəbrayıl 0 0
10 Karvan 0 0
Ətraflı
Xəbər arxivi
« İyul 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 2627 28
29 30 3101020304
05060708091011
Press reliz
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: